Putin Türkiyəyə gedəcək

   Putin Türkiyəyə gedəcək
  15 İyun 2023    Oxunub:1179
Rusiya lideri Vladimir Putin prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks”a dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bir müddət əvvəl Putin və Ərdoğanın “yaxın gələcəkdə” görüşmək niyyətində olduğunu bildirmişdi. Putinin Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik etdiyi telefon danışığı zamanı niyyət təsdiqlənib. Kremldən bildirib ki, görüşün harada və nə vaxt keçiriləcəyi hələ razılaşdırılmayıb.

Daha sonra Ərdoğan Putinlə Kaxovskaya SES-dəki vəziyyəti müzakirə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti