Polkovnik-leytenantı ildırım vurdu

   Polkovnik-leytenantı ildırım vurdu
  16 İyun 2023    Oxunub:1045
Gürcüstan Müdafiə Qüvvələrinin artilleriya batalyonunun komandiri, polkovnik-leytenant Qoderdzi Aprasidzeni Orfolo poliqonunda ildırım vurub. Onun vəziyyəti ağırdır. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, zərərçəkənə yerindəcə tibbi yardım göstərilib, sonra Axaltsixdəki xəstəxanaya aparılıb və o, reanimasiyaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, hərbçilərin vəziyyəti kritikdir, lakin həkimlər hemodinamik göstəriciləri stabilləşdirə biliblər.

Hadisə ilə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Polkovnik-leytenant  





Xəbər lenti