“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək”

   “Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək”
  16 İyun 2023    Oxunub:739
“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında bildirib. “Yaxın zamanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü baş tutacaq. Ümid edirəm ki, son Vaşinqton görüşündə əldə edilmiş müəyyən irəliləyişlər daha inkişaf etdiriləcək”, - Ermənistan hökumətinin başçısı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti