Kolumbiya Konqresinə "dinozavr" gəldi - VİDEO

   Kolumbiya Konqresinə "dinozavr"  gəldi -    VİDEO
  16 İyun 2023    Oxunub:1107
Kolumbiyada dinozavr paltarı geyinən iqlim fəalı konqresin iclas zalına daxil olub.
O, iclas iştirakçılarını diqqəti iqlim dəyişikliyinə cəlb etməyə çağırıb. Əlindəki pankartla fəal mədən yanacaqlarından istifadənin dayandırılmasına, Kolumbiyada kömür qazı və şist neftinin çıxarılması üçün istifadə edilən hidravlik qırılma metoduna qadağa qoyulmasına çağırıb.

İqlim fəalı Kolumbiyanın ətraf mühit və davamlı inkişaf naziri Susana Muhamadın dəstəyi ilə Nümayəndələr Palatasının plenar iclasını yarımçıq dayandırıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: İqlim  



Xəbər lenti