İran prezidenti müşahidə kameralarının artırılmasına razılıq verdi

   İran prezidenti müşahidə kameralarının artırılmasına razılıq verdi
  16 İyun 2023    Oxunub:1013
İran hakimiyyətinə yaxın media son günlərdə məcburi hicabsız qadınları müəyyənləşdirmək üçün “süni intellekt”dən istifadə olunduğunu iddia etsə də, polis qüvvələrinin baş komandanı prezident İbrahim Rəisinin əslində müşahidə kameralarının artırılmasına razılaşdığını söyləyib.
AzVision.az xəbər verir ki, İran polis qüvvələrinin komandanı Əhmədrza Radan “hicabın kameralar vasitəsilə aşkarlanması”nın həyata keçirilməsi çərçivəsində polis qüvvələrinin hökumətdən müşahidə kameralarının “əhatə səviyyəsinin” artırılmasını xahiş etdiyini deyib. O, ölkə prezidentinin də bu məsələ ilə razılaşdığını və tezliklə bu işə vəsait ayrılacağına ümid etdiyini bildirib.

“Qadın, Həyat, Azadlıq” ümummilli etiraz aksiyalarından sonra müşahidə kameralarından etirazçıları və məcburi hicab əleyhinə çıxanları nəzarət altına almaq üçün müşahidə kameralarından istifadə olunduğu halda, Radan bu proqramın müxtəlif ölçülərdə mümkün qədər çox təhlükəsizliyi təmin etmək məqsədi daşıdığını deyib. Onun sözlərinə görə, birinci mərhələdə “hicabı açan” şəxslərə “xatırlatma SMS”ləri, daha sonra isə “məhkəmə və hüquq-mühafizə orqanlarına” izləmə üçün SMS göndəriləcək.

Aprelin 8-də Əhmədrza Radan polis qüvvələrinin şəhərlərdə CCTV kameraları və smart sistemlərdən istifadə etməklə 15aprel şənbə günündən etibarən məcburi hicabsız qadınları müəyyənləşdirəcəyini bildirmişdi. Xəbərdarlıq alan şəxsin eyni hərəkəti təkrarlayacağı təqdirdə, onun barəsində iş məhkəməyə təqdim olunacaq.
AzVision.az



Teqlər: hicab   kameralar  



Xəbər lenti