İranın nüvə obyektlərində sökülən kameraların üçdə biri yenidən quraşdırıldı

   İranın nüvə obyektlərində sökülən kameraların üçdə biri yenidən quraşdırıldı
  16 İyun 2023    Oxunub:1098
MAQATE ilə Tehran arasında nüvə problemi ilə bağlı mübahisəli məqamlar bəzi məqamları yendiən gündəmə gətirib. Söhbət İranın nüvə obyektlərindəki nəzarət kameralarından gedir.
AzVision.az İranın Atom Enerjisi təşkilatının sözçüsü Bəhruz Kamalvəndiyə istinadən xəbər verir ki, MAQATE-nin İranın nüvə obyektlərindən toplanmış 29 kamera və qurğusundan on kamerası yenidən Nətənzdə işə salınıb.

Onun sözlərində görə, kameralarda saxlanılan məlumatlar İranda qalacaq və JCPOA (İranın nüvə problemi üzrə 5+1 platforması) üzrə razılaşma əldə edilənə qədər onlara agentlik onlara daxil ola bilməyəcək. Aktivləşdirilmiş kameralar İsfahanın sentrifuqa istehsalı mərkəzindədir. Bu mərkəz vandalizmdən sonra təhlükəsiz yerə köçürülmüş eyni Kərəc sentrifuqa istehsalı xəttidir.

Kərəc sentrifuqa istehsal mərkəzi 2021-ci ilin iyulunda dron tərəfindən hədəfə alınsa da, İran əvvəlcə bu hücumu təkzib etdi. Lakin xarici mediada binanın dağıdılması və sentrifuqa istehsalı avadanlıqlarının itməsi ilə bağlı peyk şəkillərinin yayılması bu hücumun olduğunu birmənlı şəkildə təsdiqlədi. İran isə binaya “kiçik ziyan” dəydiyi iddiası ilə bunu etiraf etdi.

Qeyd edək ki, hələ iki həftə əvvəl açıqladığı son rüblük hesabatında MAQATE-nin direktoru Rafael Qrossi Nətənz ərazisində on kameranın yenidən quraşdırılacağını demişdi. Bununla belə, İran iki ildən artıqdır ki, agentliyə nüvə obyektlərində quraşdırılmış kameraların məlumatlarına daxil olmağa icazə vermir, JCPOA bərpa edilənə və sanksiyalar aradan qaldırılmayana qədər bu məlumatları çatdırmayacağı ilə hədələyir.
AzVision.az



Teqlər: MAQATE   İran  





Xəbər lenti