ABŞ-ın 32 trilyon 39 milyard 244 milyon dollar borcu yaranıb

ABŞ-ın    32 trilyon 39 milyard 244 milyon    dollar borcu yaranıb
  17 İyun 2023    Oxunub:1541
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini keçib.
Bunu ABŞ Maliyyə Nazirliyinin dərc olunmuş məlumatları sübut edir.

"Ümumi ödənilməmiş dövlət borcu 32 trilyon 39 milyard 244 milyon dollardır", - məlumatda deyilir.

ABŞ-ın dövlət borcunun əvvəlki səviyyəsi 31,95 trilyon dollar səviyyəsində qiymətləndirilir.

2022-ci ilin sonunda ölkənin dövlət borcu rekord həddə - 31,42 trilyon dollara çatıb. İkinci yeri 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yeri isə 3,75 trilyon dollarla Çin tutub.

Bundan əvvəl “The Economist” ABŞ hökumətinin borcunu qlobal iqtisadiyyat üçün təhlükə adlandırıb. Məqalədə qeyd edilir ki, defolt dünyanın ən mühüm maliyyə sisteminə inamı sarsıdacaq, büdcənin ciddi şəkildə kəsilməsi isə dərin resessiyaya səbəb olacaq.

AzVision.az



Teqlər: ABŞ   Dövlət-Borcu  



Xəbər lenti