Rüstəm Minnixanovun işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

  Rüstəm Minnixanovun işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
  17 İyun 2023    Oxunub:1315
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Pülbüloğlu və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az



Teqlər: Tatarıstan  





Xəbər lenti