İranda polisin təhqiramiz rəftarını ifşa edən müxbir işdən qovuldu
- Şəhər teatırında xüsusi təynatlı mənə dedi ki, bu nə üst-başdır? Əlbəttə, fahişə olduğun üçün belə geyinirsən. Həbsxanadan sonra mənim işimlə bağlı iki prosedur həyata keçirilib - dindirilmə və redaksiyalarda işləməyə icazə verilməməklə bir sıra hədələr. Çünki mən sadəcə etirazçı tənqidçiyəm. Belə davranışlar insanların intihar etməsi və ya ölkədən qaçması üçündür. Nə qədər ki, sağam yazacağam və öz ölkəmdə qalacağam”, - xanım jurnalist bildirib.
Məhsa Əmininin atası Əmcəd Əmini ilə müsahibə dərc olunduqdan sonra Nazilə Mərufiyan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Kəşfiyyat nazirliyinin nəzarəti altında Evin həbsxanasının 209-cu palataya köçürülüb, dafa sonra isə müvəqqəti azadlığa buraxılıb.
Həmin müsahibədə Əmcəd Əmini ekspertizanın müavininin ona açıq şəkildə qızının ölümü ilə bağlı “ölkəyə xeyirli nədirsə onu yazacağam” dediyini söyləyib.
Jurnalist Nazilə Mərufiyyan bu ilin fevralında həmin müsahibəni dərc etdiyinə görə İnqilab məhkəməsi onu “iki il həbs, 15 milyon tümən cərimə və beş il ölkədən çıxış qadağası” cəzasına məhkum edib.
İranda əvvəllər dəfələrlə müzakirə edilən polis məmurlarının qadınlara qarşı cinsi təhqir və zorakılıqları son etirazlar zamanı sənədləşdirilib. Belə halları əks etdirən videogörüntülərin olması ilə yanaşı, hüquq müdafiəçiləri və bir sıra siyasi məhbuslar da bununla bağlı açıq ifadə veriblər.
AzVision.az