İranın neft hasilatı və ixracatı pik həddə çatıb

İranın neft hasilatı və ixracatı pik həddə çatıb
  17 İyun 2023    Oxunub:1272
İranın xam neft ixracı və istehsalı ABŞ-ın son beş ildə bəri ən yüksək səviyyəyə qalxıb.
AzVision.az xəbər verir ki, Kepler şirkətinə, SVB Beynəlxalq Enerji institutuna və MAQATE-yə istinadən Bloomberg agentliyi belə məlumat yayıb.

“İran son beş ildə ən yüksək xam neft ixrac edib və geosiyasi səhnədə mövcudluğunu yenidən gücləndirməklə yanaşı, kövrək qlobal xam neft bazarı üçün risklər yaradıb. İranın demək olar ki, bütün neft ixracı Çinə gedir. İran həmçinin dünyanın ən böyük neft idxalçısı kimi Çinə daha ucuz qiymətə neft satır. İran xam nefti onu almaq riskinə getmək istəyənlər üçün çox maraqlıdır”, - xəbərdə deyilir.

Dubaydakı FGA şirkətinin təmsliçisi İman Nasiri bildirib ki, İran sanksiyalara görə Avropa bazarından çıxarılan Rusiya xam neftinin kütləsi ilə rəqabət aparmaq üçün xam neftə endirimlərini artırmalı olub.

ABŞ-ın İrana qarşı sanksiyalarının hələ də qüvvədə olmasına baxmayaraq, İranın xam neft ixracı ötən ilin payızından bu yana iki dəfə artaraq may ayında gündəlik təxminən 1,6 milyon barrelə çatıb. MAQATE-nin təxminlərinə əsasən, İranın cari ilin may ayında gündəlik neft hasilatı da 2,87 milyon barrelə çatıb ki, bu da 2018-ci ilin sonundan bəri ən yüksək göstəricidir.

Bu arada, SVB Beynəlxalq Enerji institutu kimi bəzi mənbələr İranın neft hasilatının bu rəqəmdən də yüksək olduğunu və sutkada üç milyon barelə çata biləcəyini proqnozlaşdırılar. Reuters agentliyi, öz növbəsində, İranın xam neft ixracının və neft hasilatının, sanksiyalara baxmayaraq, ABŞ-ın 2018-ci ildə JCPOA-dan çıxmasından sonra ən yüksək səviyyəyə çatdığını vurğulayıb.
AzVision.az


Teqlər: İran   neft  



Xəbər lenti