Amnesty İnternational: “İranda daha bir edam riski var”
“Məhəmməd Qabadlunun ədalətli mühakimə hüququ rədd edilib, ilkin dindirmələr zamanı onun vəkillə görüşünə icazə verilməyib. Məhəmməd fiziki təzyiqlərə məruz qalıb və dəfələrlə döyülüb. 22 yaşlı gəncin işində iki ölüm hökmü qərarı onun bipolar xəstəlikdən əziyyət çəkdiyi, etirafa məcbur etmək üçün saxlanma və sorğu-sual zamanı dərmanlarının qəbuluna icazə verilmədiyi halda çıxarılıb. Onun zehni qüsuru səbəbindən psixi sağlamlığı məhkəmə tərəfindən nəzərə alınmayıb” , - açıq məktubda vurğulanır.
Ümummilli etirazların məhbuslarından biri olan 2000-ci il təvəllüdlü Məhəmməd Qabadlu “müharibə” və “yer üzərində fəsad”, bir polis məmurunu avtomobillə vuraraq öldürmək və daha beş zabiti yaralamaq “ittihamları” əsasında edama məhkum edilib.
AzVision.az