Uqandada üsyançılar məktəbə hücum edərək, 41 nəfəri öldürüblər

Uqandada üsyançılar məktəbə hücum edərək, 41 nəfəri öldürüblər
  17 İyun 2023    Oxunub:962
Uqandada üsyançılarının məktəbə hücumu nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb
AzVision.az xəbər verir ki, bu bar5ədə yerli media məlumat yayıb.

Daha əvvəl hücum zamanı 37 nəfərin həlak olduğu bildirilib.

Məlumata görə, səlahiyyətlilər artıq ölkənin qərbində, Konqo Demokratik Respublikası ilə sərhəd yaxınlığında Mpondvedə orta məktəbdə Müttəfiq Demokratik Qüvvələrin (ADF) - Uqandanın Azadlığı Milli Ordusunun üsyançılarının hücumundan sonra yandırılmış, güllələnmiş 38 tələbə də daxil olmaqla 41 nəfərin meyitini aşkarlayıblar.

Həlak olanlar arasında bir mühafizəçi və iki yerli icma üzvü də var. Üsyançılar yataqxananı yandırdıqdan sonra bəzi tələbələr yanıq xəsarətlərindən ölüb.

Hücum nəticəsində daha 8 nəfər yaralanıb. Onlar xəstəxanadadırlar.

AzVision.az



Teqlər: Uqanda   Üsyan  





Xəbər lenti