Baydenin Ukraynanın NATO üzvlüyünü sadələşdirmək niyyəti yoxdur
Baydendən Ukraynanın NATO-ya daxil olmasına köməklik edib-etməyəcəyi sualına ABŞ Prezidenti qısaca “xeyr” cavabını verib.
Daha əvvəl “Axios” mənbələrə istinadən xəbər verib ki, NATO-nun baş katibi Yens Stoltenberq Cozef Baydenə təklif irəli sürüb. Təklifə əsasən alyans Ukraynanın üzvlük istiqamətində irəliləyiş əldə etdiyini bildirəcək.
AzVision.az