Almaniya və Qazaxıstan liderləri görüşəcək

Almaniya və Qazaxıstan liderləri görüşəcək
  18 İyun 2023    Oxunub:1030
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana dövlət səfəri zamanı respublika lideri Kasım-Jomart Tokayevlə ticarət, investisiya və bir sıra digər sahələrdə əməkdaşlığı müzakirə etməyi planlaşdırır.
“İyunun 19-dan 21-dək Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Almaniya Federal Prezidenti Frank-Valter Ştaynmayerin Qazaxıstana dövlət səfəri baş tutacaq. Səfər zamanı dövlət başçıları danışıqlar aparacaq”, - deyə Qazaxıstan liderinin mətbuat xidməti bildirib.

Tərəflər nəqliyyat, logistika və enerji sahəsində qarşılıqlı əlaqələrin inkişafı, habelə humanitar əlaqələrin dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Tokayevlə Ştaynmayer arasında danışıqlar başa çatdıqdan sonra onlar bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti