Robot polis hava limanında işə başladı

   Robot polis  hava limanında işə başladı
  19 İyun 2023    Oxunub:1096
360 dərəcə görmə qabiliyyətinə malik robotlar 5 illik təkmilləşmədən sonra Sinqapur Polis Qüvvələrinə qoşulub.
Robot polis Sinqapur hava limanına nəzarət edir. Aprel ayından bəri terminaldakı iki robot fövqəladə vəziyyətdə ərazini mühasirəyə alıb və mülki şəxslərə uzaq durmaq barədə xəbərdarlıq edib.

Sərnişinlər deyirlər ki, təxminən 2 metr hündürlüyü olan robot polisə diqqət etməmək çətindir və özlərini “Black Mirror" filmindəki kimi hiss edirlər.

Sinqapur polisi bildirib ki, aprel ayından terminalda yaxşı xidmət göstərən robotları tədricən 5 milyonluq şəhər əyalətində yerləşdirəcəklər.

Sinqapurda koronavirus zamanı hava limanında sosial məsafə qaydalarına riayət etmək üçün robot itlərdən də istifadə edilmişdi.



AzVision.az


Teqlər: Polis  





Xəbər lenti