İran nəşri Arazdakı ekoloji fəlakətdən yazıb
Nəşrin yazdığına görə, çirklənmənin mənbəyi Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasıdır. Qəzetin araşdırmasına görə, Ermənistandakı mis mədənləri də çirklənməyə səbəb olur. Eyni zamanda, məqalədə qeyd olunub ki, İranın Atom Enerjisi Təşkilatının və Energetika Nazirliyinin çaydakı radioaktivlik çirklənməni araşdırmaması narahatlıq doğurur.
Bildirilib ki, Araz çayının çirklənməsi ilə bağlı dövlət qurumları tərəfindən çoxsaylı hesabatlara baxmayaraq, İran rəsmiləri çayda uranın olduğunu inkar edib. Qeyd olunub ki, Araz çayının sərhədyanı ərazilərində yaşayan əhalidə suyun çirklənməsi nəticəsində qida borusu, mədə, qara ciyər və dəri xərçəngi xəstəlikləri əhəmiyyətli dərəcədə artıb.
Araz sahillərində yaşayan sakinlər arasında xəstəliklərin, xüsusən də mədə xərçənginin artması ilə bağlı hesabatlar da var. O da vurğulanıb ki, Ermənistanla yanaşı, İran da Araz çayının ən böyük çirkləndiricisidir. Belə ki, İranda Süngün mis mədəni çirklənməni artırır.(APA)
AzVision.az
Teqlər: