İrəvanda hindistanlıları bıçaqladılar - 1 nəfər ölüb
Nəşrin məlumatına görə, ölən şəxs 24 yaşlı A.Suradi adlı əcnəbi olub.
"Tibbi ekspertizanın ilkin rəyinə görə, onun kürəyində bıçaq xəsarəti olub. Hasratyan küçəsində yaranmış dava zamanı daha bir Hindistan vətəndaşı, 31 yaşlı M.Lindon isə döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti və kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Polis üzərində qan izləri olan, paltarları cırılmış daha bir neçə Hindistan vətəndaşını qeydə alıb", - nəşr yazıb.
Polis artıq davanın bütün iştirakçılarını və qətli törədəni müəyyənləşdirib.
Tural Tağıyev
AzVision.az
Teqlər: İrəvan Bıçaq Hindistanlı







Vaxtında, Aydın, Lazımlı!


