İsrail ABŞ-İran danışqılarına münasibətdə qəti mövqe tutmur?

   İsrail ABŞ-İran danışqılarına münasibətdə qəti mövqe tutmur?
  19 İyun 2023    Oxunub:1084
Son vaxtlar Vaşinqtonla Tehran arasında İranın nüvə problemi və əsirlərin mübadiləsi ətrafında aparılan danışıqlar barədə xəbərlər Tə-Əvivi ciddi narahat edir. Lakin bəzi mənbələr İsrailin bu məqamla bağlı hələ qəti qərara gəlmədiyini bildirirlər.
AzVision.az Vaşinqton-Tehran danışıqlarına dair ABŞ-dən daim yenilənmiş məlumat aldığını iddia edən “Haaretz” qəzetinə istinadən bildirir ki, İsrail bu məsələ ilə bağlı hələ qəti mövqe tutmayıb. “Haaretz”in iddiasına görə, yüksək rütbəli İsrail rəsmisi belə məlumat bölüşüb. daim yenilənmiş məlumat aldığını iddia edən “Haaretz” qəzetinə istinadən bildirir ki, İsrail bu məsələ ilə bağlı hələ qəti mövqe tutmayıb. “Haaretz”in iddiasına görə, yüksək rütbəli İsrail rəsmisi belə məlumatla bölüşüb.

Sözügedən mənbə Benyamin Netanyahu hökumətinin həssas məlumatları açıqlamaqla ABŞ-İran danışıqlar prosesini hansısa formada sabotaj etməyə çalışdığını qətiyyətlə təkzib edib.

Ötən həftə Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı yeni razılaşmanın mümkünlüyü barədə İsrailin müxalifət liderlərinin sərt tənqidlərinə cavab olaraq, Netanyahunun “qismən razılaşma İsrailin öhdəsindən gələ bilməyəcəyi bir şey deyil” bəyanatından sonra məhz belə açıqlamalar verilir. İsrailin baş naziri Knessetin Xarici İşlər və Müdafiə komitəsində keçirilən qapalı iclasda Omanla danışıqların “mikro razılaşma” üzərində aparıldığını bildirib. İsrailin Vaşinqtondakı səfiri Maykl Hersoq isə İranın nüvə proqramı ilə bağlı diplomatik səylərin heç də pis olmadığını və belə bir anlaşmanın gərginliyin azaldılmasına kömək edə biləcəyini deyib.

Belə nikbin bəyantalara baxmayaraq, Vaşinqton və Tehranın anlaşmaya yaxınlaşmasını “Netanyahu hökumətinin uğursuzluğu” adlandıran İsrail müxalifətinin liderləri, baş naziri sərt tənqid ediblər. Sabiq baş nazir Yair Lapid onun hökumətinin keçən il belə bir razılaşmanın qarşısını ala bildiyini vurğulayıb.

Bununla belə, “The Times of Israel” qəzetinin yazdığına görə, ABŞ və İsrail müdafiə nazirləri İrandan gələn geniş spektrli təhdidlərə qarşı ikitərəfli əməkdaşlıq barədə razılığa gəliblər. Digər tərəfdən, Netanyahuya yaxın İsrail rəsmisi Amerikanın “Al-Monitor” saytına bildirib ki, o, Təl-Əvivlə Ər-Riyad arasında münasibətlərin normallaşması naminə Bayden administrasiyasının səyləri müqabilində hazırkı mərhələdə Tehran-Vaşinqton razılaşmasına göz yummağa hazır ola bilər.
AzVision.az



Teqlər: İsrail   ABŞ  





Xəbər lenti