Yunanıstanda qayıq faciəsi: Şahbaz Şərif sərt qərarlar verdi
"Aralıq dənizində Yunanıstan sahillərində qayığın batması ilə bağlı faciəvi hadisədən sonra mən faktları aşkar etmək üçün yüksək səviyyəli araşdırmaya göstəriş vermişəm. Federal Təhqiqat Agentliyinə və digər hüquq-mühafizə orqanlarına insan alveri ilə bağlı işlərdə iştirak edənlərin ifşa edilməsi tapşırılıb.
Həmçinin Pakistan Xarici İşlər Nazirliyinə tapşırmışam ki, itkin düşənlər haqqında məlumat toplanılsın və xalqa çatdırılsın. Milləti əmin edirəm ki, vəzifəsinə etinasız yanaşanlar cavab verəcəklər”.
Qeyd edək ki, Yunanıstanın Peloponnes yarımadası yaxınlığında miqrant qayığının batması nəticəsində 300 pakistanlı həyatını itirib. Hadisənin ardından yerli hökumət bir günlük milli matəm elan etmək qərarına gəlib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Pakistan