"Paşinyan Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirir"

  "Paşinyan Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirir"
  19 İyun 2023    Oxunub:1051
“Nikol Paşinyan və ona yaxın dairələr aqressiv şəkildə antirusiya təbliğatı aparır, bu istiqamətdə müvafiq addımlar atır. Hədəf “Bolton planın”ın reallaşdırılması və Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirməkdir”.
Bu iddia ilə Ermənistanın “Yerkramas” nəşri çıxış edib. Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərb və Türkiyənin planlarını reallaşdırmağa çalışır.

“Bu plan da Qarabağdan sülhməramlıların çıxarılması və Gümrüdəki Rusiya hərbi bazasının qapadılmasıdır. Bu, sonda Sünikin (Zəngəzur) əldən çıxmasına gətirib çıxaracaq”, - deyə xəbərdə bildirilir. Erməni nəşri əlavə edir ki, Paşinyanın planı Sünikin süqutuna hesablanıb. Ardınca da, Azərbaycan, Türkiyə və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayacaq”, - deyə nəşr yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti