Hindistanda qızmar istilər: 166 nəfər öldü

Hindistanda qızmar istilər:    166 nəfər öldü
  19 İyun 2023    Oxunub:867
Hindistanın Uttar-Pradeş və Bihar ştatlarında davam edən qızmar istilər nəticəsində azı 166 nəfər ölüb.
Təkcə Uttar Pradeş ştatında 119, Bihar ştatında 47 nəfər isti nəticəsində dünyasını dəyişib. Uttar Pradeş ştatının baş naziri Yogi Adityanath, kondisionerlərin və soyuducuların düzgün işləməsinə görə fasiləsiz enerjinin təmin edilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Adityanath vətəndaşları elektrik enerjisini israf etməmək üçün hökumətlə əməkdaşlığa çağırıb. Bihar ştatında istilər səbəbindən məktəblər iyunun 24-dək bağlanıb. Bölgənin səhiyyə müdiri Jayant Kumar bildirib ki, ölənlərin əksəriyyətinin yaşı 60-dan yuxarı olub: “Onların hamısı müxtəlif xəstəliklərdən əziyyət çəkirdi, kəskin istilər onların vəziyyətini ağırlaşdırıb”.

AzVision.az


Teqlər:





Xəbər lenti