Türk ölkələri üçün sadələşdirilmiş gömrük dəhlizi yaradılır
Sazişin icrası Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinə həvalə edilib. Mirziyoyevin tapşırığına əsasən, respublikanın Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün Özbəkistan tərəfindən ölkədaxili prosedurların həyata keçirilməsi barədə TDT-yə məlumat verməlidir.
Türk Şurası 2009-cu ildə yaradılıb. Onun üzvləri əvvəlcə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə idi. 2019-cu ildə Özbəkistan assosiasiyaya qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı. Hazırda onun tərkibində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə ,Özbəkistan, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər. 2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edəcək.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: TDT