İranda daşqınlarda 20 nəfər ölüb, 3 nəfər itkin düşüb

   İranda daşqınlarda 20 nəfər ölüb,    3 nəfər itkin düşüb
  20 İyun 2023    Oxunub:2187
İranda daşqınlar nəticəsində 19 nəfər ölüb, 3 nəfər itkin düşüb.
Bu barədə İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Xilasetmə Xidməti Təşkilatının rəhbəri Babək Mahmudi məlumat verib.

“Son 27 gün ərzində Qızıl Ayparanın xilasediciləri tərəfindən 14 yaralı və xəstə (o cümlədən 2 hamilə qadın) müalicə mərkəzlərinə çatdırılıb, üç zərərçəkənə hadisə yerində lazımi ilkin tibbi yardım göstərilib.

Təəssüflər olsun ki, bu müddət ərzində 10 əyalətdə 30 soydaşımız həlak olub”, - deyə Mahmudi bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, indiyədək xilasetmə xidmətləri ölkənin 23 vilayətində (İranda 31 əyalət var) 50 minə yaxın qurbana yardım edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İran  



Xəbər lenti