Bu PUA polislərin yükünü daşıyacaq - FOTO

   Bu PUA polislərin yükünü daşıyacaq -    FOTO
  20 İyun 2023    Oxunub:1162
Hüquq-mühafizə orqanlarının ehtiyacları üçün nəzərdə tutulmuş Türkiyəyə məxsus yeni fırlanan qanadlı yük PUA-sı ilk dəfə Parisətrafı qəsəbələrdə keçirilən Paris Airshow sərgisində təqdim edilib.
“Anadolu”nun məlumatına görə, Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan milli aviasiya şirkəti TUSAŞ “Paris Airshow-2023” sərgisində geniş çeşiddə məhsullarını təqdim edib.

TUSAŞ-ın istehsalı arasında Türkiyədə ilk uçuş sınaqlarından keçən yeni fırlanan qanadlı yük PUA-sı da var. Ağır yüklərin daşınmasında istifadə olunacaq PUA Türkiyə təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün hazırlanıb. Üstünlüyü aşağı istehsal xərcləri və aşağı risklərdir.

Dronun maksimum uçuş çəkisi 275 kiloqramdır və istifadəsi asandır. Hazırda uçuş sınaqları davam edir.

TUSAŞ həmçinin 300 kq-a qədər faydalı yük daşıyan PUA-ların hazırlanmasına başlamağı planlaşdırır və uçuş müddəti 5 saata qədər artacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: PUA  





Xəbər lenti