Diplomatlar Astanada “yol xəritəsi”nin elementlərini müzakirə ediblər.

Diplomatlar Astanada “yol xəritəsi”nin elementlərini müzakirə ediblər.
  20 İyun 2023    Oxunub:1101
Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Qazaxıstanın paytaxtı Astanada Dəməşq və Ankara arasında münasibətlərin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə ediblər.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

“Dörd ölkənin XİN rəhbərlərinin mayın 10-da Moskvada keçirilən görüşündə əldə olunmuş razılaşmalara uyğun olaraq, iştirakçılar müdafiə nazirlikləri və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən işlərlə koordinasiya ilə Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə etməyə başlayıblar”, - iyunun 20-də Astanada keçirilən görüşün yekunları üzrə yayılmış məlumatda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti