Moskvaya dron hücumu olub

   Moskvaya dron hücumu olub
  21 İyun 2023    Oxunub:1065
Bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.
İlkin məlumatlara görə, partlayışa səbəb PUA-nın vurulması olub. Həmçinin, Moskva vilayətinin Naro-Fominsk rayonuna, hərbi hissədən bir qədər aralıda eyni vaxtda daha iki PUA yerə çırpılıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti