"Fikirlər müxtəlifdir": Ankara və Dəməşq münasibətləri

      "Fikirlər müxtəlifdir":    Ankara və Dəməşq münasibətləri
  21 İyun 2023    Oxunub:908
Rusiya, Suriya, İran və Türkiyə Ankara ilə Dəməşq münasibətlərinə dair fikirlərini təqdim ediblər.
Bunu RİA Novosti-yə Astanada Suriya üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı deyib.

"Müxtəlif istiqamətlər üzrə müxtəlif fikirlər, müxtəlif mətnlər təqdim olundu. Lakin onların öyrənilməsi, əlaqələndirilməsi lazımdır. Hazırda biz tərəflərin hər biri ilə fikir mübadiləsi aparmaq mərhələsindəyik", - o deyib.

Çərşənbə axşamı Astanada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş keçirilib.

Danışıqlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar, Suriya xarici işlər nazirinin müavini Ayman Susan və İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı iştirak edib.

Bundan əvvəl müavinlər dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüşü təşkil etmək üçün mayın əvvəlində Moskvada toplaşıblar. Nəticədə nazirlər Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasına başlamağa göstəriş veriblər.

Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov yol xəritəsinin prioritet mövzularını açıqlayıb. Onların arasında Suriya hökumətinin bütün ölkə ərazisində nəzarətinin bərpası probleminin həlli, Suriya-Türkiyə sərhədinin təhlükəsizliyinin təmin edilməsi, transsərhəd hücumları və terrorçuların sızma ehtimalının aradan qaldırılması da var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti