Kaçinski hakimiyyətə baş nazirin yeganə müavini kimi qayıdır

Kaçinski hakimiyyətə baş nazirin yeganə müavini kimi qayıdır
  21 İyun 2023    Oxunub:1253
Polşanın hakim Hüquq və Ədalət partiyasının sədri Yaroslav Kaçinski hökumətdə təmsil olunacaq.
O, hakimiyyətə baş nazirin müavini kimi qayıdır. xəbər verir ki, bunu, Polşa Nazirlər Kabinetinin sözçüsü Pyotr Müller jurnalistlərə açqılamasında deyib.

Onun sözlərinə görə, baş nazirin digər müavinləri istefaya getdikləri üçün "siyasi düşərgəmizin rəhbəri Yaroslav Kaçinski baş nazirin yeganə müavini olacaq”.

Qeyd edək ki, Kaçinskinin bir neçə gün sonra 74 yaşı olacaq və o, 2006-2007-ci illərdə Polşanın baş naziri, 2020-2022-ci illərdə isə Mateuş Moravetski hökumətində baş nazirin müavini vəzifəsində çalışıb.

Bəzi ekspertlər Kaçinskinin hökumətə qayıdışını gələn ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində kabinetin gücləndirilməsinin zəruriliyi ilə izah edirlər.

Xatırladaq ki, Yaroslav məşhur Kaçinskinin əkiz qardaşıdır. Digər qardaş Lex ölkənin prezidenti olub. O, 2010-cu ildə Smolensk yaxınlığında müəmmalı təyyarə qəzasında həlak olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti