İsveç Türkiyəni NATO ilə bağlı tələsdirir

  İsveç Türkiyəni NATO ilə bağlı tələsdirir
  21 İyun 2023    Oxunub:920
İsveç hesab edir ki, Türkiyə parlamenti Stokholmun NATO-ya üzvlük ərizəsini ratifikasiya etməyə başlamalıdır, çünki ölkə bütün öhdəliklərini yerinə yetirib.
Bunu İsveçin xarici işlər naziri Tobias Billström bəyan edib. Nazir qeyd edib ki, İsveç NATO-nun iyulun ortalarında Vilnüsdə keçiriləcək sammiti zamanı Alyansa üzv ola biləcəyinə ümid edir və onun “B planı” yoxdur: “İnanırıq ki, bizdən gözlənilənləri etdik, indi Türkiyə parlamentinin ratifikasiya prosesinə başlamasının vaxtıdır”.

Ötən il İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Finlandiya aprel ayında NATO-ya üzv olub, lakin Türkiyə İsveçin üzvlüyünə qarşıdır. Belə ki, rəsmi Ankara haqlı olaraq İsveçin terrorçulara sığınacaq verdiyini bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti