Xalq Mücahidləri təşkilatının üzvü qətlə yetirilib
Xalq Mücahidləri təşkilatı hücumun arxaısnda məhz Tehranın tələbinin dayandığını iddia etsə də, İranın rəsmi orqanları hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyiblər. Albaniyanın Daxili İşlər nazirliyi öz Facebook səhifəsində yaydığı bəyanatda ölkə polisinin Əşrəf düşərgəsinə hücumunun korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi məhkəmənin qərarı ilə həyata keçirildiyini vurğulayıb.
“Məhkəmənin qərarı 2014-cü ildən bəri Albaniyada yalnız humanitar məqsədlər üçün yerləşdirilən Xalq Mücahidləri qrupunun razılaşma və öhdəliklərinə açıq şəkildə zidd olan hərəkətlərin nəticəsidir. Təəssüf ki, bu qrup bu öhdəliklərə əməl etməyib və müqaviləni pozub”, – məlumatda deyilir.
Maraqlıdır ki, Albaniyanın Daxili İşlər nazirliyi hadisənin təfərrüatlarını açıqlamaqdan imtina etsə də, yerli KİV-lər Xalq Mücahidləri təşkilatının xarici qurumlara qarşı kiberhücumlar təşkil etməkdə şübhəli bilindiyini yazırlar.
AzVision.az