Tehran rejimi Urmiyada “Şəhriyar” tamaşasının başa çatmasına icazə verməyib
Bildirilib ki, buna səbəb tamaşada Azərbaycan mahnısı və rəqsinin ifa edilməsi olub.
Məlumata görə, tamaşa Urmiya şəhərinin Şəms Mədəniyyət Mərkəzində tamaşaya qoyulub. “Şəhriyar”ın axıradək oynanılmasına hakimiyyət nümayəndələri imkan verməyiblər.
Tamaşanın ssenari müəllifi və rejissoru Vəli Lütfduxt mədəniyyət sahəsində fəaliyyətinə üç il müddətinə qadağa qoyulub. Məsələ ilə bağlı açıqlama verən Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin başçısı Əlirza Novruzi bunu təsdiqləyib.
Teqlər: