Rumıniyanın ən böyük neft emalı zavodu yanır
Hadisənin miqyasına görə “qırmızı” cavab planı işə salınıb. Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasında robot avtomobil iştirak edir.
Rumıniya hökumət departamenti yanğınla mübarizə zamanı iki yanğınsöndürənin yaralandığını bildirib. Onlardan biri xəstəxanaya yerləşdirilib.
Konstansa əyalətinin nümayəndəsi Silviu Kosun sözlərinə görə, meteoroloji məlumatlar küləyin alov yayma təhlükəsinin az olduğunu göstərir.
Yanğının söndürülməsinə digər rayonlardan da yanğınsöndürmə briqadaları cəlb olunub.
AzVision.az
Teqlər: