Somalidəki terror aktında 7 nəfər ölüb

Somalidəki terror aktında 7 nəfər ölüb
  21 İyun 2023    Oxunub:908
Somalinin cənubundakı ordu bazasında iki minalanmış avtomobilin partladılması nəticəsində azı 7 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Somalinin "Radio Dalsan" radiostansiyası məlumat yayıb.

Partlayışlar Gedo bölgəsindəki Bardera şəhəri yaxınlığında yeni çağırışçılar üçün təlim düşərgəsində baş verib. Ölənlərlə yanaşı, yaralılar da var.

Öz növbəsində "Somali Guardian" xəbər portalı qeyd edir ki, partlayışlar efiopiyalı təlimatçıların Somali əsgərlərinə təlim keçdiyi ərazidə qeydə alınıb. Ölənlərin hamısı hərbçilərdir.

AzVision.az



Teqlər:





Xəbər lenti