Ehtiyatda olan 3 minə yaxın erməni hərbçi təlimə çağırıldı

   Ehtiyatda olan    3 minə yaxın   erməni hərbçi təlimə çağırıldı
  22 İyun 2023    Oxunub:1104
Ermənistanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılıblar.
AzVision.az xəbər verir ki, bununla bağlı hökumətin iclasında qərar qəbul edilib.

Erməni və rus pilotlar birgə hərbi təlimlər keçiriblər
Qeyd edilir ki, avqustun 1-dən oktyabrın 13-dək ehtiyatda olan hərbçilərin toplanışları keçiriləcək.

Təlimlərə 2350-yə yaxın ehtiyatda olan hərbçi, həmçinin 200-dən çox texnika cəlb olunacaq. Təlim toplantıları qruplar şəklində aparılacaq. Hər bir ehtiyatda olan hərbçi isə qüvvədə olan qaydalarda olduğu kimi təlimlərə 25 günlük müddətə cəlb olunacaq.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Ermənistan   Təlim  



Xəbər lenti