Ərdoğana 2000 dollar təzminat ödəyəcək

   Ərdoğana 2000 dollar təzminat ödəyəcək
  22 İyun 2023    Oxunub:1079
Məhkəmə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri Özgür Özəlin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 2000 dollardan çox mənəvi təzminat ödəməsinə qərar verib.
“Ankara məhkəməsi bu gün keçirilən iclasında CHP qrupunun sədri Özgür Özəli 50 min lirə (2123 dollar) mənəvi təzminat cəzasına məhkum edib", -vəkil tvitterdə yazıb.

Onun sözlərinə görə, 26 aprel 2023-cü il tarixli çıxışında prezident Ərdoğan haqqında əsassız ittiham və təhqirlərə görə təzminat ödəniləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti