Küçədə autizmli uşağı döyənlər saxlanıldı

 Küçədə autizmli uşağı döyənlər saxlanıldı
  04 Avqust 2023    Oxunub:1331
Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
Bakıda yeniyetmələr azyaşlını döyüb telefonla çəkdilər - VİDEO
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar.

Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Hazırda təhqiqat araşdırmaları davam etdirilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti