İşgəncə verilən uşaq və bacıları nənədən alınacaq - Qurumlar hərəkətə keçdi

  İşgəncə verilən uşaq və bacıları nənədən alınacaq -  Qurumlar hərəkətə keçdi
  11 Avqust 2023    Oxunub:2560
Nənəsi tərəfindən qolu sındırılan uşaqla bağlı aidiyyatı qurumlar məlumatlandırılıb və müvafiq araşdırma aparılır.
Sumqayıtda nənə iki yaşlı nəvəsinin qolunu sındırdı - FOTO
Bu barədə AzVision.az -a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdənoğlu məlumat verib. O qeyd edib ki, fakt təsdiqini tapsa nənənin himayəsində olan digər 2 qız uşağı da ondan alınacaq.

"Çox gümanki, uşaqlar dövlət müəssisəsinə veriləcək. Uşaqların digər yaxınlarının olması araşdırılır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov AzVision.az-a bildirib ki, sözügedən məsələ Agentlik tərəfindən nəzarətə götürülüb.

"Kəmalə xanım tərəfindən müvafiq altsistemə bu gün edilən müraciət də qeydə alınıb. Uşağın aidiyyatı dövlət uşaq müəssisəsinə yerləşdirilməsi məsələsinə qiymətləndirilmə aparılaraq baxılacaq. Qeyd edilən digər 2 uşaq barədə də əməkdaşlarımız yerində qiymətləndirmə aparacaqlar".

Qeyd edək ki, Sumqayıtda nənə azyaşlı nəvəsinə işgəncə verib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə facebook hesabında yazıb.

O bildirib ki, iki yaşlı Əminə Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Uşaq bir həftə xəstəxanada nəzarətdə qalıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Uşaq  





Xəbər lenti