"Çingiz Abdullayev erməni mafiyasını yerinə oturdanda harada idiniz?"

   "Çingiz Abdullayev erməni mafiyasını yerinə oturdanda harada idiniz?"
  05 Sentyabr 2023    Oxunub:1522
"Çingiz Abdullayevə qarşı aparılan kampaniya sadəcə ikrah hissi doğurur! Xüsusən də yazıçı-şairlərin bu kampaniyaya qoşulması təəccüb doğurur".
AzVision.az xəbər verir ki, bunu tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir sosial hesabında yazıb.
"Ölkədən getmək istəyirəm, bezmişəm" - Çingiz Abdullayev


"Çingiz müəllim Azərbaycanın haqq səsini dünyaya çxıaran 2-3 şəxsdən biri, yazarlar arasında yəqin ki, yeganə imza sahibidir. Dil məsələsini bəhanə edib ona qarşı hər fürsətdə ürəkbulandıran kampaniya aparanlar qoy Solovyov və Skobayevanın proqramında yazıçının çıxışına baxsın, orda onun erməni mafiyasının sözçülərini necə yerində oturtduğuna diqqət eləsin və özlərinə bu sualı versinlər:

Vətənin o ağır günlərində, hər tərəfdən informasiya blokadasına alındığmız bir vaxtda Azərbaycan üçün mən nə etmişəm? Mənim Cingiz Abduallyev haqqında gözümü yumub, ağzıma gələnləri danışmağa mənəvi haqqım çatırmı?".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev bir neçə gün öncə Azərbaycanı tərk etmək istədiyini bildirib. Yazıçı Azərbaycan dilini bilmədiyi və Bakı ləhcəsi ilə danışdığı üçün sosial şəbəkələrdə ona qarşı edilən hücumlardan bezdiyini deyib.

"Onlar Çingiz Abdullayevi batırmaq, bulaşdırmaq istəyirlər" - Mirşahin

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   ÇingizAbdullayev  



Xəbər lenti