Şəhid anası: “Övladlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımıza qovuşduq”
“Bizim qədər övladlarımızın da ən böyük arzusu bu torpaqlara qovuşmaq idi. İndi arzularımız gerçək olub, doğma yurdumuzdayıq. Ülvi hər zaman deyirdi ki, biz o torpaqlara qayıdacağıq, elə ilk qayıdan da onlar oldu. Vətən həsrətinə öz canları bahasına son qoydular. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun gücü sayəsində bizlər yenidən doğma yurdumuza qovuşduq. İndi Füzuli torpaqları bizlər üçün həm də ziyarətgah yeri oldu. Ona görə ki, bu torpaqlar uğrunda övladlarımız ən uca məqama şəhidlik zirvəsinə ucalıb. Tarix yazan qəhrəmanlar olaraq onlar əbədi qəlblərdə yaşayacaq və hər zaman tarix kitablarında xilaskarımız olaraq qalacaqlar”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


