Nizami Rəmzinin qızının acı həyatı - VİDEO

   Nizami Rəmzinin qızının acı həyatı -    VİDEO
  11 Oktyabr 2023    Oxunub:1991
Tanınmış meyxanaçı və şair Nizami Rəmzinin qızı narkotik asılılığından əziyyət çəkir.
Bu barədə bloqer Nail Kəmərli videoçarx hazırlayıb. Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda yaşayan Reyhan Nizami Rəmzinin qızı olmasını gizlətməyib.

Bildirilib ki, tanınmış meyxanaçının qızı gündəlik plastik əşya, metal tullantı toplayıb satmaqla pul qazanır. Qadının daha əvvəl müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.

Qeyd edək ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub.





AzVision.az



Teqlər:





Xəbər lenti