“Nar” BMT Qlobal Sazişi çərçivəsində “Uniting Business Europe 2023” tədbirində iştirak edib
“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Əziz Axundov “Nar”ın Sazişin prinsiplərinə sadiqliyini vurğulayaraq qeyd edib: “Nar DİM-lərə nail olmaq üçün qlobal səylərə töhfə verən “Uniting Business Europe 2023”-ün bir hissəsi olmaqdan qürur duyur. Bu istiqamətdəki məsuliyyətlərini tam olaraq anlayan bir telekommunikasiya şirkəti kimi biz bu məqsədləri biznes strategiyalarımıza və təcrübələrimizə fəal şəkildə inteqrasiya edirik".
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


