Ölkədə nigahlar azalıb, boşanmalar artıb

   Ölkədə nigahlar azalıb,    boşanmalar artıb
  11 Oktyabr 2023    Oxunub:1264
Azərbaycanda nigahlar azalıb, boşanmalar artıb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nigahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

AzVision.az


Teqlər:



Xəbər lenti