Bakı-Sumqayıt "Ekspres" qatarı fəaliyyətə başlayır

   Bakı-Sumqayıt "Ekspres" qatarı fəaliyyətə başlayır
  12 Oktyabr 2023    Oxunub:1396
Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı "Ekspres" qatarı fəaliyyətə başlayır.
AzVision.az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, məqsəd sərnişin sıxlığını azaltmaqdır. "Ekspres" qatarı heç bir stansiyada dayanmadan birbaşa hərəkət edəcək.

Qatar iş günləri Bakıdan Sumqayıta saat 06:50-də və 18:05-də, Sumqayıtdan Bakıya isə saat 07:45-də və 19:20-də hərəkət edəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti