Oktyabr ayının pensiya ödənişi yekunlaşıb

Oktyabr ayının pensiya ödənişi yekunlaşıb
  13 Oktyabr 2023    Oxunub:1685
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən AzVision.az -a verilən xəbərə görə, oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

AzVision.az



Teqlər:



Xəbər lenti