"Qarabağda əməliyyat elə bir zamanda həyata keçirildi ki..." - Baş Prokuror

   "Qarabağda əməliyyat elə bir zamanda həyata keçirildi ki..." -    Baş Prokuror
  14 Oktyabr 2023    Oxunub:1034
Prezident İlham Əliyevin siyasi hakimiyyətinin ötən 20 illik fəaliyyəti dövründə imzaladığı sərəncamlarla 53 prokurorluq işçisi ali rütbəyə layiq görülüb, 254-ü isə müxtəlif titullarla təltif edilib.
AzVision.az xəbər verir ki, bunu oktyabrın 14-də Baş Prokurorluqda keçirilən “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar” tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyev dövlətimizin başçısı tərəfindən Prokurorluq orqanlarının peşə bayramının 105 illiyi münasibətilə 7 prokurorluq əməkdaşının ali xüsusi rütbə verildiyini də xatırladıb. "Bu da Prezidentin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının təcəssümüdür", - deyə Baş prokuror qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan kimi sürətli inkişaf yolu keçən başqa ölkə yoxdur: "Ordu quruculuğu asan məsələ deyil. Bu, ölkənin suverenliyinin qorunmasına xidmət edir. Vətən Müharibəsi dövründə Azərbaycan Ordusunun qazandığı uğur, ölkənin ərazi bütövlüyünün bərpası çox mühüm məsələ idi.

Ölkədə təhlükəsizliyin təmin edilməsi, ərazi bütövlüyünün qorunması, stabillik və qanunun aliliyinin təmin edilməsi olmasa, nailiyyətlər əldə edilə bilməz. Qarabağda əməliyyat elə bir zamanda həyata keçirildi ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat irad, tənqidi fikir bildirə bilmədilər. Bəzi ermənipərəst dövlətlər, təşkilatlar hər zaman olub, olacaq. Onlar Azərbaycanın gördüyü işlərə kölgə salmağa çalışırlar, lakin heç vaxt buna nail ola bilməyəcəklər".

AzVision.az



Teqlər:



Xəbər lenti