Samir Nuriyev: "20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub"

     Samir Nuriyev:   "20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub"
  14 Oktyabr 2023    Oxunub:1709
"Tam əminliklə demək olar ki, bu 20 ildə ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunub".
Bunu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2003-2022-ci illərdə Azərbaycanda Ümumi Daxili Məhsul 7,3 milyard dollardan 78,7 milyard dollara yüksəlib: “2003-2023-cü illərdə dövlət büdcəsinin xərcləri 1,2 milyard manatdan 36,6 milyard manata çatıb. Strateji valyuta ehtiyatları 2003-cü ildə 1,4 milyard dollardan 2023-cü il oktyabrın 1-nə 66,1 milyard dollara qədər artıb.

2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib. 2003-cü il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5.5%-ə enib, orta aylıq əmək haqqı 77,4 manatdan 839.4 manata yüksəlib”.

AzVision.az


Teqlər:



Xəbər lenti