Naxçıvanda nazir müavini təyinatı olub

   Naxçıvanda nazir müavini təyinatı olub
  16 Oktyabr 2023    Oxunub:1107
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə nazir müavini təyin olunub.
AzVision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb. Sərəncama əsasən Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin olunub. Həmçinin Sərəncama əsasən nazir vəzifələrinin müvəqqəti icrası da Elxan Nəcəfova həvalə olunub.

Elxan Nəcəfovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov və Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Həsən Həsənli təqdim ediblər.

Qeyd edək ki Elxan Nəcəfov bu təyinatdan əvvəl Lənkaran -Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

AzVision.az



Teqlər:



Xəbər lenti