Füzulidə üçüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNİB
Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.
Kompleksdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq. İstilik və isti su təchizatı mərkəzləşdirilmiş qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Dövlətimizin başçısı görüləcək işləri əks etdirən videoçarxa baxıb.
Sonra Prezident İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.
13:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


