Su anbarında batan şəxsin axtarışına təyyarə cəlb olundu

Su anbarında batan şəxsin axtarışına təyyarə cəlb olundu
  16 Oktyabr 2023    Oxunub:1036
Məlumat verildiyi kimi, 11 oktyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib. Qeyd edilib ki, bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti