Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qeyd edək ki, “Report”un əldə etdiyi məlumata görə, Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov Y.Nərimanın başını kəsərək küçəyə atıb.

***
Bakının Nizami rayonunda evlərin birində 1985-ci il təvəllüdlü Həşimova Yaqut Himayət qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1984-cü il təvəllüdlü Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub, o, saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


